Bu şirkət daşınar əşyaların girovu ilə 34 milyon manatlıq kreditlər verib - DOLLARDA BORCA PUL AXTARIR
Daşınar əşyaların girov qoyulması müqabilində kreditlər verən “GL” ASC-nin nizamnamə kapitalı 50 min 125 manat artırılır.
Marja xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 2005 manat olan 25 ədəd adi, adlı, sənədsiz səhm emissiya edir.
"GL" Açıq Sәhmdar Cәmiyyәtinin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur. Qeyd edək ki, "Para" bank olmayan kredit təşkilatına Quliyevlər nəzarət edir.
"GL" ASC-nin ünvanı Bakı şәhәri, AZ1022, Sәmәd Vurğun küç 60-dır. "PARA BOKT" da bu ünvanda yerləşir.
Audit edilməmiş hesabatına görə, 2022-ci ildə "GL" şirkətinin vergidən əvvəlki mənfəəti 3 430 655 manat təşkil edib. Şirkət 2020-ci ildə 1 797 261 manat, 2021-ci ildə isə 3 541 975 manat vergidən əvvəlki mənfəət əldə etmişdi.
31 Dekabr 2022-ci il tarixində "GL" şirkəti 40 326 644 manat cəmi aktivlərə, o cümlədən 33 926 855 manat kredit portfelinə malik olub. Şirkət 2021-ci ilin sonunda 33 997 558 manat cəmi aktivlərə, o cümlədən 30 590 161 manat kredit portfelinə malik idi.
Ötən ilin sonunda "GL" 36 883 083 manat cəmi öhdəliklərə və 3 443 560 manat cəmi kapitala malik olub.
15%-LƏ 400 MİN DOLLAR BORC ALIR
Xəbər verdiyimiz kimi, "GL" Açıq Sәhmdar Cәmiyyәti hәr birinin nominal dәyәri 1000 ABŞ dolları olan 400 әdәd faizli, tәminatsız, sәnәdsiz, adlı istiqrazlar buraxır. Tədavül müddəti 5 il olan istiqrazlar üzrә illik faiz dәrәcәsi 15% tәşkil edir.
“GL” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən kommersiya hüquqi şəxsdir.Təşkilat təminatlı kredit bazarında rəqabət aparır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























