"Günay Bank" zərərdən mənfəətə keçib
"Günay Bank" ASC 2023-cü ilin ilk rübünü 277 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin ilk rübünü 577 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Günay Bank" zərərdən mənfəətə keçib.
Marja.az xəbər verir ki, 2023-cü ilin yanvar-mart dövründə "Günay Bank"ın cəmi əməliyyat gəlirləri 5 milyon 549 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 205 min manat, əməliyyat mənfəəti 344 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 67 min manat ayırdığından ilk rübü 277 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-mart dövründə "Günay Bank"ın cəmi əməliyyat gəlirləri 4 milyon 669 min manat, cəmi əməliyyat xərcləri 4 milyon 567 min manat, əməliyyat mənfəəti 102 min manat təşkil etmişdi. Ehtiyata 492 min manat ayırdığından və 187 min manat mənfəət vergisi ödədiyindən "Günay Bank"ın 577 min manat xalis zərəri yaranmışdı.
KREDİT PORTFELİ CÜZİ ARTIB
31 Mart 2023-cü il tarixində "Günay Bank" ASC 274 milyon 274 min manat cəmi aaktivlərə, o cümlədən 200 milyon 947 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2022-ci ilin sonunda 281 milyon 318 min manat cəmi aktivlərə, o cümlədən 198 milyon 738 min manat cəmi kredit portfelinə malik idi.
"Günay Bank"da depozitlər ötən ilin sonundakı 111 milyon 405 min manatdan 108 milyon 566 min manata düşüb.
31 Mart 2023-cü il tarixində "Günay Bank" 64 milyon 32 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 9 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























