"Bank of Baku"nun kredit portfeli artmaqdadır
31 Mart 2023-cü il tarixində "Bank of Baku" 736 milyon 129 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 583 milyon 589 min manatını müştərilərə verilmiş kreditlər (kredit portfeli) təşkil edib. Ötən ilin sonunda Bankın cəmi aktivləri 701 milyon 231 min manata, o cümlədən kredit portfeli 577 milyon 534 min manata çatmışdı.
Marja xəbər verir ki, 2023-cü ilin ilk rübündə Bankın cəmi kredit portfeli 6 milyon 55 min manat və ya 1% artıb. Ötən ilin sonu ilə müqayisədə "Bank of Baku"nun istehlak krediləri portfeli 5 milyon 756 min manat artaraq 403 milyon 859 min manata, ipoteka kreditləri portfeli 1 milyon 811 min manat artaraq 26 milyon 536 min manata yüksəlib, biznes kreditləri portfeli isə 1 milyon 509 min manat azalaraq 153 milyon 167 min manata geriləyib.
Qeyd edək k, "Bank of Baku" sərfəli şərtlər ilə kreditlər təklif edən banklardan biridir. İstehlak kreditləri portfelinin 400 milyon manat səviyyəsini aşması da Bankın kredit məhsullarına marağın olduğunu göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























