“Muğanbank” 2023-cü ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqladı
“Muğanbank” 2023-cü ilin birinci rübü 103 min manat xalis mənfəət ilə başa vurub.“Muğanbank” ASC 2023-cü ilin birinci rübü üzrə müsbət maliyyə nəticələrini elan edib.
Bankın yaydığı məlumatda bildirilir ki, “Muğanbank” ASC 2023-cü ilin birinci rübündə müsbət maliyyə nəticələrinə nail olmaqla sabit artım nümayiş etdirir. Bankın xalis mənfəəti 102,85 min manat təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın cəmi aktivləri əhəmiyyətli dərəcədə olmaqla, 11,65% artımla 739,82 milyon manat təşkil edib. bankın cəmi depozit portfelində də 31,51% artım qeydə alınaraq 428,02 milyon manata çatıb.
Məlumatda bildirilir ki, Bankın faiz gəlirləri 18,63% artaraq 10,70 milyon manat təşkil edib.
"Bu nəticələr bankın maliyyə bazarında sabitliyinin və davamlı artımının göstəricisidir, onun etibarlılığını və müştərilərin etimadını təsdiqləyir. “Muğanbank” ASC müştərilərinə yüksək keyfiyyətli maliyyə xidmətləri göstərmək üçün fəaliyyətini bundan sonra da inkişaf etdirəcək və göstəricilərini daha da yaxşılaşdırmağa çalışacaq",- məlumatda qeyd edilir.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























