Tezliklə “PASHA Bank Cup V” yarışması başlayır
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, gənc istedadların aşkar olunması və onlara dəstək göstərilməsi istiqamətindəki fəaliyyətini davam etdirir.
Belə ki, Bank, İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmaq, eləcə də sözügedən sahənin inkişafına töhfə vermək məqsədilə sayca beşinci olan “PASHA Bank Cup” yarışmasını keçirir.
Ənənəvi olaraq keçirilən bu müsabiqədə məktəblilər, tələbələr və peşəkar proqramçılar fərqli mövzularda biliklərini sınayacaq. Bununla da, iştirakçılar yeni fundamental biliklər əldə edə, bacarıqlarını genişləndirə və peşəkar keyfiyyətlərini nümayiş etdirə biləcək.
“PASHA Bank Cup V” yarışması 4 təsnifat və 1 final mərhələsindən ibarət olacaq. Müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzu, hazırlaşmaq üçün mənbə və vaxt veriləcək. Onlayn surətdə keçirilən təsnifat mərhələlərində ən çox bal toplayan iştirakçılar yarışmanın oflayn şəkildə keçiriləcək final mərhələsinə qatılacaq və "PASHA Bank Cup V" kuboku uğrunda mübarizə aparacaq.
Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə, yarışma zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankın Rəqəmsal mühəndislik departamentində təcrübə proqramına qatılmaq, hətta Bankda işləmək imkanı əldə edəcək.
Beləliklə, "PASHA Bank Cup V" yarışmasının ilk təsnifat mərhələsi 7 may 2023-cü il tarixində başlayacaq və dörd gün ərzində davam edəcək. Bu mərhələnin mövzusu “İcra və data strukturları” (İmplementation and Data structures) olacaq. İştirakçılardan müsabiqəyə başladıqdan sonrakı 4 saat ərzində təqdim edilən 6 sualı bitirmək tələb olunacaq.
Biliklərinizi artırmaq, yeni məlumatlar əldə etmək və müsabiqədə daha uğurlu nəticələr göstərmək üçün “PAŞA Bank”ın Rəqəmsal mühəndislik komandası aşağıdakı kitabları tövsiyə edir:
Ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu səhifəyə daxil olun: https://cup.pashabank.digital/
1. https://books.google.az/books/about/Introduction_To_Algorithms.html?id=NLngYyWFl_YC&source=kp_cover&redir_esc=y
2. https://www.amazon.com/Grokking-Algorithms-illustrated-programmers-curious/dp/1617292230
3. https://www.amazon.com/Data-Structures-Algorithms-Java-2nd/dp/0672324539
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
16 d. əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
-
- 38 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Ən çox oxunanlar
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU





.jpg)






.jpg)






