Dövlət Neft Fondu bu il ABŞ dövlət istiqrazlarına yatırımı artırıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin birinci rübü üzrə investisiya portfelində qitələr üzrə baş verən dəyişikliyə aydınlıq gətirib.
ARDNF-dən bildirilib ki, bu ilin birinci rübündə Afrika qitəsi üzrə investisiyaların həcmində cüzi artım olmasına baxmayaraq, Fondun ümumi aktivlərində müşahidə olunan 9%-lıq artım səbəbindən sözügedən qitənin ümumi investisiya portfelində payı azalıb(cari pay 0.04%). Qeyd edilib ki, Avropa, Asiya və beynəlxalq təşkilatların portfeldəki paylarında faiz göstəricisi üzrə azalma da eyni səbəbdən baş verib.
Neft Fondu həmçinin, yatırımlarla bağlı əsas dəyişikliyin Şimali Amerika regionu ilə bağlı müşahidə olunduğunu açıqlayıb: "Belə ki, sözügedən region üzrə bu ilin ilk üç ayında investisiyalar 2.4% artıb. Şimali Amerika üzrə investisiyaların artımının mənbəyi mənfəət neftinin və qazın satışından əldə olunan gəlirlərin əsas hissəsinin borc öhdəlikləri və səhm alt portfellərinə yönləndirilməsidir. Səhm alt portfelinə yatırılmış hissənin, indeks bölgüsünə uyğun olaraq, 60%-i Şimali Amerikanın payına düşür. Əlavə olaraq, mənfəət neftinin və qazın satışından əldə olunan gəlirin bir hissəsinin ABŞ dövlət istiqrazlarına yatırılması da portfeldə Şimali Amerikanın payını artırıb. Artımın digər hissəsi isə bazarlarda baş verən dəyişikliklərlə əlaqədar qiymət artımına təsadüf edir".
Fond əlavə edib ki, maliyyə bazarlarında baş verən qiymət dəyişiklikləri portfelin tərkibinə daxil olan maliyyə aktivlərinin qiymətlərinə təsir etdiyindən həmin aktivlər üzrə birbaşa yatırım və ya satış olmadan belə, onların portfeldə çəkisi dəyişə bilir.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























