Neft ucuzlaşmaqda davam edir
Xam neft qiymətləri ABŞ iqtisadiyyatında artımın yavaşlaması ilə bağlı narahatlıqlar səbəbindən düşməkdə davam edir.
Marja xəbər verir ki, neftin qiyməti son 4 gündən 3-ündə düşüb. Brent markalı neftin bareli dünən 2 faiz ucuzlaşdıqdan sonra, bu gün də 2 faiz ucuzlaşaraq 81, 40 dollaradək düşüb (Bakı vaxtı ilə saat 13:47-yə olan məlumat).
Fed-in hesabatında ABŞ iqtisadiyyatında son həftələrdə durğunluq müşahidə olunduğu bildirilib. Bu, enerji tələbatının daha da pisləşməsinə səbəb olur. Dolların son bahalaşması əmtəələrə də mənfi təsir göstərir.
Analitiklər bildirirlər ki, “Fed-in son hesabatı faizlərin daha da artırılacağına işarə edir. İqtisadi problemlər qaçılmazdır. Yeganə müsbət inkişaf Çin iqtisadiyyatının canlanmasıdır”.
Digər tərəfdən, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 4 milyon 600 min barrel azalaraq 466 milyon barrelə düşdüyünü açıqlayıb. Bazar proqnozu, ehtiyatların 2 milyon 464 min barrel azalacağı idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
7 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb






















