ADY nümayəndə heyəti “TransRussia-2023” sərgisində iştirak edib
“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda bildirilir ki, Rusiyanın paytaxtı Moskva şəhərində aprelin 17-dən 19-dək keçirilən “TransRussia-2023” beynəlxalq nəqliyyat-logistika və nəqliyyat texnologiyaları sərgisi öz işini yekunlaşdırıb.
Beynəlxalq sərgidə 18 ölkədən nəqliyyat sahəsində fəaliyyət göstərən 245 şirkət iştirak edib. Yük daşımaları sahəsində ixtisaslaşmış şirkətlər, beynəlxalq korporasiyalar, ekspeditor və logistik mərkəzləri sərgi pavilyonunda biznes müştərilər üçün öz xidmətlərini təqdim edib.
Avrasiya məkanının nəqliyyat sahəsində yaranmaqda olan yeni reallıqları “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin geniş imkanlarını önə çıxarıb. Azərbaycan sözügedən dəhlizlər vasitəsilə müasir nəqliyyat qovşaqları və infrastrukturu ilə biznes tərəfdaşlar üçün getdikcə daha cəlbedici rol oynamaqdadır.
“Azərbaycan Dəmir Yolları” QSC və qurumun törəmə şirkətləri olan “ADY Ekspres” MMC və “ADY Konteyner” MMC sərgidə birgə stendlə təmsil olunaraq Azərbaycanın dəmir yolu sahəsindəki logistik imkanlarının təqdimatını keçirib.
B2B (biznes tərəfdaşlarının ikitərəfli görüşü) görüşlərdə Azərbaycanın dəmir yolları vasitəsilə tranzit yüklərin daşınması və yük həcmlərinin artırılması, yeni yüklərin cəlb olunması məsələləri geniş müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)





