Maliyyə Nazirliyində Koreyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov aprelin 13-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq ilə görüşüb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan-Koreya əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, Koreyanın bir çox şirkətlərinin Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər prioritet sahələrdə uğurla iştirak etdikləri vurğulanıb.
Səfir Li İn-Yonq Azərbaycanın iqtisadi potensalı və coğrafi mövqeyinə görə təkcə region üçün deyil, eyni zamanda, Avropa və Asiya arasında iqtisadi əməkdaşlıq və tranzit imkanları baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Koreya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka marağını vurğulayıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.
Görüşdə hər iki ölkənin müharibədən sonrakı dövrdə dağıntıların aradan qaldırılması, yenidənqurma və bərpa işlərində ortaq tarixi xüsusiyyətlərə və oxşarlığa malik olduğu ifadə olunub, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, o cümlədən infrastruktur, dağ-mədən sənayesi, kənd təsərrüfatı, ən son texnologiyaların tətbiqi və digər sahələrdə Koreya təcrübəsinin öyrənilməsinin vacibliyi qeyd olunub.
Sonda S.Şərifov qlobal miqyasda maliyyə və biznes dairələri üçün ən nüfuzlu tədbirlərdən biri hesab edilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının cari ilin 1-5 may tarixlərində 56-cı illik toplantısının keçirilməsi üçün İncheon şəhərinin seçilməsi münasibətilə səfiri təbrik edib, Cənubi Koreyanın bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyinə əmin olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 d. əvvəl
-
- 8 d. əvvəl
-
11 d. əvvəl
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“Azərlotereya”da yeni təyinat
Azərbaycan neftinin son qiyməti
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Ən çox oxunanlar
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER

























