Qisas almaq üçün sexi yandırıb, iki nəfər ölüb
Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Mətbuat xidmətlərinin birgə məlumatı
Aprelin 10-u paytaxtın Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində yerləşən məişət əşyalarının istehsalı və təmiri sexlərindən birində baş verən yanğın nəticəsində rəngsaz işləyən 1981-ci il təvəllüdlü İftixar Əkbərov və tanışı 1991-ci il təvəllüdlü Valeh Bəylərovun yanıq xəsarətləri alaraq ölmələri faktı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparlıb.
Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Ramin Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə görə qisas almaq üçün sexi qəsdən yandırmaqla orada yatmış İftixar Əkbərov və Valeh Bəylərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ramin Quliyev Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Prokurorluq orqanlarına göndərilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi























