Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Bu ilin ilk 3 ayında respublika üzrə elektrik enerjisi istehsalı 7,7 faiz artıbEnergetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, 3 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 mln. kVt·st, yəni 7,7 % artaraq 7 756,2 mln. kVt·st olub.
Hesabat dövründə elektrik enerjisinin istehsalı keçən ilin yanvar-mart aylarına nisbətən İES-lərdə 527,3 mln. kVt·st artaraq 7 387,4 mln. kVt·st, SES-lərdə 24,7 mln. kVt·st artaraq 277,9 mln. kVt·st, digər mənbələr üzrə isə 0,3 mln. kVt·st azalaraq 90,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 15,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 13,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 62,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
3 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7 043,4 mln. kVt·st (İES-lərdə 6 781,1 mln. kVt·st, SES-lərdə 262,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 87,3 mln. kV·st (İES-lərdə 61,5 mln. kVt·st, SES-lərdə 13,6 mln. kVt·st, Günəş ES-də 12,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 11,8 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 613,7 mln. kVt·st təşkil edib.
2023-cü ilin yanvar-mart ayları ərzində elektrik enerjisinin idxalı 31,3 mln. kVt·st, ixracı isə 1 238,9 mln. kVt·st olub.
Qeyd edək ki, 2023-cü ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 269,4 mln. kVt·st və ya 11,7 % artaraq 2579,3 mln. kVt·st olub. Mart ayında elektrik enerjisinin idxalı 10,2 mln. kVt·st, ixracı isə 402,9 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək

























