Daha bir nüfuzlu bank Türk lirəsinin ucuzlaşacağını proqnozlaşdırdı - DOLLAR...
Dünyanın ən böyük bank və maliyyə xidmətləri institutlarından biri olan HSBC, Türkiyədə seçkilərin necə yekunlaşacağından asılı olmayaraq türk lirəsinin ucuzlaşacağını proqnozlaşdırıb. Bank il sonu dollar/Türk Lirəsi üzrə proqnozunu 21 türk lirəsindən 24 türk lirəsinə yüksəldib.
Xarici banklar Türkiyədəki seçkilər (prezident və parlament) və seçkidən sonrakı dövr üzrə təhlilərini və USD/TL (Dollar/Türk Lirəsi) proqnozlarını açıqlayırlar.
Marja.az xəbər verir ki, qlobal bank Morgan Stanley kimi, Dünyanın ən böyük bank və maliyyə xidmətləri institutlarından biri olan HSBC də seçkilərin nəticəsindən asılı olmayaraq türk lirəsinin zəifləməsinin mümkün olduğuna diqqət çəkib.
HSBC-nin strateqləri tərəfindən yazılan hesabatda qeyd edilib ki, pisləşən təməllər və TL-nin xeyli müddətdir süni yollarla sabit saxlanıldığı əlamətləri məzənnədə daha geniş korreksiyaya səbəb ola bilər.
Bu qiymətləndirməsi ilə Bank 2023-cü ilin sonu üçün dollar/Türk Lirəsi proqnozunu 21-dən 24-ə yüksəldib.
Hesabatda, prezident və parlament seçkilərinin iqtisadiyyat və pul siyasətində türk lirəsinin orta və uzunmüddətli perspektivində təsirli ola biləcək dəyişikliklər yarada biləcəyi vurğulanıb.
Türk lirəsinin tsiklik və struktur zəifliklərinin göz önündə olduğuna diqqət çəkən qlobal bank, bir çox əvvəlki hesabatlarda da vurğulandığı kimi, yüksək mənfi real faiz dərəcələri, yüksək cari əməliyyat kəsiri, nizamlı kapital axınının olmaması, aşağı valyuta ehtiyatları və bunlar ilə bağlı risklərin olduğunu bildirib. Türk lirəsi üçün əsas problemlər lirələşdirmə siyasətinin davamlılığıdır.
HSBC 2023-cü ilin ikinci rübü üçün dollar/TL üzrə proqnozunu 19,5 lirədən 20 lirəyə yüksəldib. Üçüncü rübün sonu üçün Bankın dollar/TL gözləntisi 20-dən 23-ə yüksəlib. İl sonu USD/TL proqnozu isə 21-dən 24-ə qaldırılıb.
Türkiyədə ötən ilin avqust ayından etibarən inflyasiyanın əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, nominal effektiv məzənnənin 6,5 faiz azalmasının məzənnə ilə inflyasiya arasındakı dinamikada güclü fərqlərə işarə etdiyi vurğulanıb.
Hesabatda, “TL-nin cari ədalətli dəyər diapazonundan 30-45% kənara çıxdığını fərz etsək, dollar/TL 24-27 aralığına qalxmalı olacaq. TL-nin zəif təməllərini nəzərə alaraq, dollar/TL il sonu proqnozumuzu 21-dən 24-ə düzəldirik", - bildirilir.
Zəlzələdən sonra Türk Lirəsi (TL) 2,2 faiz dəyər itirib
Qeyd edək ki, seçkilər yaxınlaşdıqca TL-nin dəyərdən düşməsi zəlzələdən əvvəlki dövrlə müqayisədə gündəlik olaraq bir qədər sürətlənib. Fevralın 6-da baş verən zəlzələdən sonra iki ayda lirə 2,2 faiz dəyər itirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
12 d. əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqı tətbiq olunacaq
-
13 d. əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
-
25 d. əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixindək bağlı qalacaq - QƏRAR
-
42 d. əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 50 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
2 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 2 saat əvvəl
Son Xəbərlər

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
