"Meqa Sığorta" ötən ili xalis mənfəət ilə başa vurub
"Meqa Sığorta" ASC 2022-ci ili 3 milyon 778 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 3 milyon 920 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Meqa Sığorta"nın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 3,6% azalıb.
Marja xəbər verir ki, 2022-ci ildə "Meqa Sığorta"nın cəmi əməliyyat gəlirləri 23 milyon 500 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 788 min manat, əməliyyat mənfəəti 4 milyon 712 min manat təşkiş edib. 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 25 milyon 853 min manat, cəmi əməliyyat xərcləri 20 milyon 953 min manat, əməliyyat mənfəəti 4 milyon 900 min manat təşkil etmişdi.
"Meqa Sığorta" ASC-nin hesabladığı sığorta haqları 2021-ci ildə 24 milyon 651 min manat ikən, 2022-ci ildə 21 milyon 115 min manata düşüb (14,3% və ya 3 milyon 536 min manat azalıb). Şirkətin sığorta ödənişləri isə 5 milyon 324 min manatdan 6 milyon 752 min manata qalxıb (26,8% və ya 1 milyon 428 min manat artıb).
"Meqa Sığorta" investisiya gəlirləri 2021-ci illə müqayisədə 2022-ci ildə 8,1% artaraq 1 milyon 413 min manat təşkil edib.
2010-cu ildə təsis edilmiş "Meqa Sığorta" ASC 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)






