"Qafqaz-Kredit"in kredit portfeli kiçilib, faiz gəlirləri azalıb
BOKT "Qafqaz-Kredit" MMC 2022-ci ili 39 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 23 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, təşkilatın 2021-ci ildə 262 min manat təşkil etmiş faiz gəlirləri, 2022-ci ildə 254 min manata düşüb. Eyni zamanda, ötən il "Qafqaz-Kredit" 12 manat digər gəlirlər əldə edib.
"Qafqaz-Kredit"in xalis mənfəətinin artmasına digər gəlirləri, eyni zamanda haqq, komissiya, inzibati və digər əməliyyat xərclərinin azaldılması səbəb olub.
BOKT "Qafqaz-Kredit" 31 dekabr 2022-ci il tarixində 879 min 798 manat cəmi kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. 2021-ci ilin sonunda təşkilatın kredit portfeli 977 min 137 manata çatmışdı.
BOKT “Qafqaz-Kredit” MMC-nin nizamnamə kapitalı 592 min manat təşkil edir.
Qeyd edək ki, BOKT “Qafqaz-Kredit” MMC-nin ilkin təsisçisi olan Danimarka Qaçqınlar Şurası beynəlxalq humanitar təşkilatı 11.10.2010-cu il tarixdə 4880 AZN məbləğində nizamnamə kapitalını, habelə 02.05.2011-ci il tarixdə 243986,54 AZN məbləğində Danimarka Xarici İşlər Nazirliyinin 1997-2002-ci illərdə Gəlir Yaradılması Proqramı çərçivəsində Azərbaycana ayırdığı qrant fondları dövriyyə vəsaitini nizamnamə kapitalına pay şəklində Əminova Xalisə Şahnəzər qızı (33.4% pay), Qurbanov Arif Adil oğlu (33,3% pay) və Rəsulova Züleyxa Nurməmməd qızına (33,3% pay) bağışlayaraq təsisçilik hüququnu milli işçi heyətinə ötürmüşdür. Bağışlama əsasında təsis payına sahib olan hazırki təsisçilər, eyni zamanda, işçi/istehlakçı statusuna malikdirlər və BOKT ilə münasibətləri həm mülki, həm də əmək qanunvericiliyi əsasında tənzimlənir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
12 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















