"Bu sərhəd-buraxılış məntəqəsi əvvəl də mövcud idi, sadəcə imkanları zəif idi"
Azərbaycan-Rusiya sərhədində yerləşən və bu gün açılışı olan "Xanoba" gömrük postundan müxtəlif təyinatlı nəqliyyat vasitələri hərəkət edə biləcək.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib.
"Bu sərhəd-buraxılış məntəqəsi əvvəl də mövcud idi, sadəcə imkanları zəif idi. Əlavə yaradılmış imkanlar sərhəd və gömrük əməkdaşlarının bərabər çalışıb zəruri prosedurları həyata keçirməsinə imkan verir. Birgə fəaliyyət Azərbaycana daxil olan və ölkədən çıxan bütün nəqliyyat vasitələrinin əlavə vaxt gözləmələrinə məruz qalmadan yüklərin buraxılmasına şərait yaradır. Burada ölkəyə daxil olma və getmə xətlərinin sayı 13-ə çatdırılıb", - deyə o qeyd edib.
Bundan başqa, Komitə sədri "Xanoba"da müasir texnoliji qurğuların quraşdırıldığını bildirib:
"Nəqliyyat vasitələrinin üzərində və içində gedən malların yoxlanışı üçün skan qurğuları quraşdırılıb. Bu qurğular vasitəsi ilə biz artıq nəqliyyat vasitələrinin fiziki yoxlanılmasını həyata keçirmirik, çünki, görüntülər vasitəsi ilə yükün daxilində və yaxud nəqliyyat vasitəsinin tərkibində olan predmetlər müəyyən ediləcək. Azərbaycanda bu sahə üzrə mütəxəssislər var. Biz bununla həm ticarəti sadələşdiririk, həm də təhlükəsizlik tədbirlərini inamla həyata keçiririk".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)








