Azərbaycanda investorlara əlavə təminatlar verilə bilər
Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı 4 yeni qanun layihəsi hazırlanır.
Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov "Yaşıl hidrogen- karbonsuzlaşmaya aparan yol" adlı seminarda deyib.
K. Hüseynov qeyd edib ki, bu istiqamətdə sonuncu qanun layihəsi 2020-ci ilin may ayında təsdiq olunub:
"Yeni qanun layihələri aksiom qaydaları, aktiv istehsalçıların cəlb olunması üzrə dəstəkləyici mexanizmlər, bərpa olunan enerji istehsalı üzrə sertifikatları və bərpa olunan enerji mənbələri üzrə informasiya sistemləri ilə bağlıdır. Bu qanun layihələri hazırlanıb və Nazirlər Kabinetinə göndərilib".
Onun sözlərinə görə, Azərbaycanda investorlara müəyyən təminatlar təklif olunur: "Bizim investisiya təminatı sertifikatımız var. Burda fərdi sahibkarlar üçün gəlir vergisinin 50 %, hüquqi şəxslər üçün mənfəət vergisinin 50 % azaldılması, torpaq vergisindən azad olunması və digər məsələlər nəzərdə tutulub. Eyni zamanda əlavə stimul verici məsələlərin də müzakirəsi nəzərdə tutulur".
K. Hüseynov əlavə edib ki, Azərbaycanın azad edilmiş ərazilərində də böyük "yaşıl enerji" potensialı var: "Yaponiyanın "TEPSCO" şirkətinin dəstəyi ilə bu ərazilər üzrə "yaşıl enerji" konsepsiyası hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Bu konsepsiya üzrə təmiz enerji potensialından və təbiəti çirkləndirməyən texnologiyalardan istifadə nəzərdə tutulur".
Qeyd edək ki, Azərbaycanın Energetika Nazirliyi ilə "TEPSCO" şirkəti arasında imzalanan müqaviləyə görə Qarabağda "yaşıl enerji" zonasının yaradılması üçün müvafiq konsepsiyanın və Baş Planın hazırlanması nəzərdə tutulur.
Şirkət Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Bunlardan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini, Azərbaycan Respublikasının enerji sektorunun sahəvi təhlili və digərlərini qeyd etmək olar.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























