"Biz 50%-ədək gəlir gətirən məhsul təklif edirik"
"Hazırda Həyatın yığım sığortası bazara ən yaxşı təkliflə çıxan investisiya məhsuludur. Heç bir investisiya məhsulu bazarda illik 50%-ədək gəlir vəd etmir. Bazarda depozitlər, istiqrazlar var, amma heç birinin 50 faizədək gəliri yoxdur".
Marja.az xəbər verir ki, bunu "Həyat sığortası nədir?" mövzusu üzrə media nümayəndələri üçün təlimdə "PAŞA Həyat Sığorta Şirkəti"ndə Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov bildirib. Qeyd edək ki, təlim "PAŞA Həyat Sığorta Şirkəti" tərəfindən təşkil edilmişdir.
Ruslan Ələkbərov deyib ki, həyat sığortası məhsulları həyati əhəmiyyətli məhsullardır. Bu məhsullar risklərdən sığorta və yığım xüsusiyyətlərinə malikdirlər.
Ruslan Ələkbərov qeyd edib ki, həyatın yaşam sığortası bazarda ən yaxşı investisiya məhsuludur, eyni zamanda, ölüm halında gəlirin itirilməsi riskinin sığortasını da ehtiva edir:
"Rəsmi olaraq işləyən şəxs gəlirinin 50%-nədək olan hissəsini həyatın yaşam sığortasına qoşa bilər. Bu halda həyatın yaşam sığortasına köçürülən hissəyə düşən gəlir vergisi və dövlət sosial sığorta haqqı bu məhsula qoşulanın hesabında yığılır. Minimum 3 il ərzində bu vəsaitə toxunmaq olmaz. 3 ilin sonunda işçinin sığortaya köçürdüyü məbləğ, üstəgəl həyat sığortası şirkətinin faizi, vergi və DSMF faizləri üzərinə əlavə edilib qaytarılır".
Ruslan Ələkbərov əlavə edib ki, həyatın yaşam sığortası bazarın ən yaxşı investisiya məhsuludur:
"Həyatın yaşam sığortası məhsulunun gəlirliliyi dövlət və neft sektoru üzrə üzrə daha cəlbedicidir, daha da yüksəkdir. Eyni zamanda, qeyri-neft və özəl sektorlarda olan nəticə belə bazarın ən yaxşı investisiya məhsulunun verdiyi gəlirdən daha yüksək gəlir vəd edir.: Minimum 25%. Bankların əmanət məhsullarına baxsaq, ən yaxşı halda gəlirlilik maksimum 12%-dir. Bu məhsulun vəd etdiyi minimum gəlir faizi 25%-dir, maksimum isə 50%-ə yaxındır.
"PAŞA Həyat Sığorta Şirkəti"ndə Marketinq Mərkəzinin rəhbəri vurğulayıb ki, bu məhsulun üstünlüyü onun həyat sığortasının olmasındadır.
"Soruşula bilər, bəs həyat sığortası bu məhsulun harasındadır? Tutaq ki, bu məhsula qoşulan şəxs, əmək haqqından, minimum ödəməli olduğu 36 aydan 2 ayını ödədikdən sonra başına bir bədbəxt hadisə gəldi: ölüm baş verdi. Təbii ki, bu halda işləmək və əməkhaqqının bir hissəsinin həyat sığortasına köçürülməsi mümkün deyil. Bu, sığorta hadisəsinin baş verməsi deməkdir. Sığorta hadisəsi baş verdikdə 36 ayın sonunda yığılması və qazanılması nəzərdə tutulan məbləğ sığortalı şəxsin benefisiarına - bu onun anası, həyat yoldaşı və s. ola bilər - ödənilir. Qısası, 36 aylıq müddətin hər hansı bir dövründə hadisə baş verərsə, müddətin sonunda əldə edilməsi nəzərdə tutulan məbləğ həyat sığortası şirkəti tərəfindən ödənilir".
Ruslan Ələkbərov qeyd edib ki, həyatın yaşam sığortası məhsulu qanunvericilik ilə tənzimlənir: "Bu məhsul qanun ilə, dövlət tərəfindən dəstəklənən məhsuldur".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















