Azərbaycanlı xanım Bakıdan sonra indi də Avropada irəliləyir!
"Texniki rollara keçid etmək istəyən qadınlarımızın dəstəklənməməsi bir çox şirkətdə qarşılaşdığımız tipik problemlərdən biridir"Texnologiyaya əsaslanan xidmətlər təqdim edən Avropanın "Adevinta" şirkətində (parent company of the biggest 2nd hand marketplaces in Europe) Məhsul rəhbəri Gülçin Tukuk ilə müsahibə.
- Bu işə necə başlamısınız, necə qərar vermisiniz?
- Tələbəlik illərindən bəri həm Azərbaycanda, həm də Avropanın fərqli ölkələrində müxtəlif texnologiya şirkətlərində işləyirəm. Bu müddət ərzində, kurslar və mentorların köməyi ilə qazandığım texniki və qeyri-texniki bacarıqlarımı istifadə edib işlədiyim şirkətlərdə istifadəçilərin problemlərini həll etmək üçün fərqli komandalarla, xüsusilə də, mühəndislərlə yaxından işləməyə başladım.
İstifadəçi davranışlarını analiz etmək, dataya əsaslanan qərarlar vermək və onların problemlərini həll edərək bir anda milyardlarla insanın həyatına təsir edə bilmək bacarığı mənə karyeramı bu yöndə istiqamətləndirməyim üçün ilham verdi.
- Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.
- Bu hallar son 5 ildə azalmış olsa da, texniki rollara keçid etmək istəyən qadınlarımızın dəstəklənməməsi bir çox şirkətdə qarşılaşdığımız tipik problemlərdən biridir. Mən bu kimi hallarla qarşılaşdıqda, neqativ düşüncələrə baxmayaraq, özü üçün şəxsi inkişaf planı qurmağın, bu istiqamətdə bacarıqlı olan mentorlardan dəstək almağın çox faydalı olduğunu düşünürəm. Və təəbiki, doğru mühitdə doğru komanda ilə işləmək də çox vacibdir.
- Bir qadın kimi sizi ilhamlandıran məqamlar.
- Son illərdə texnologiya sferasında lider pozisiyalarında qadınların sayının artması mənə bir qadın olaraq ilham verir. Belə rol-modelləri, onların uğurlu hekayələrini oxuyaraq bu sferada arzu olunan uğurların əlçatan olduğunu anlayırıq.
- Qadınlara məsləhətiniz.
Düşüncələrini səlis, rasional və məntiqli şəkildə ifadə etməkdən heç vaxt çəkinmə! “Speak Up!”
Zövq aldığın və sənə motivasiya verən işlə məşğul ol!
Öyrənmək heç vaxt bitmir - daima özünü inkişaf etdir!
Qadınların bu və daha çox uğur hekayəsi üçün Code Academy-nin qadinalayiq.az saytına keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)








