Dollar dünya birjalarında kəskin bahalaşıb - GÜNƏ BAXIŞ
FED sədri Jerom Pavelin “şahin” açıqlamalarından sonra dollar indeksi dünya birjalarında kəskin bahalaşıb.
ABŞ Senatının Bankçılıq, Mənzil və Şəhər İşləri Komitəsində yarımillik “Pul Siyasəti Hesabatı” ilə çıxış edən Pavel, son iqtisadi göstəricilərin gözləniləndən daha güclü gəldiyini və bunun faiz dərəcələrinin yekun səviyyəsinin ehtimal ediləndən daha yüksək ola biləcəyinə işarə etdiyini bildirib.
Son aylarda inflyasiyanın mülayim bir tendensiya izləməsinə baxmayaraq, onu 2%-ə endirmə prosesinin çox uzaqda olduğunu bildirən Pavel, bu yolun əngəlli ola biləcəyini bir daha vurğulayıb.
Qiymət sabitliyini bərpa etmək üçün sərt monetar siyasətin davam etdirilməsinin mütləq olduğunu vurğulayan Pavel, - "Məlumatların məcmusu daha sürətli sərtləşdirmənin zəruri olduğunu göstərdiyi təqdirdə faiz artımının sürətini artırmağa hazırıq" - deyə qeyd edib.
FED sədrinin açıqlamalarından sonra FED-in 21-22 mart tarixlərində keçiriləcək iclasında faiz dərəcələrində 50 baza bəndi artıma gedəcəyi ehtimalları 70%-ə yüksəlib ki, bu da öz növbəsində dolların major valyutalar qarşısında kəskin bahalaşmasına dəstək olub.
Təhlillərə əsasən 105 bənd hədlərinə yüksələn dollar indeksində artım tendensiyası davam edərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.04$ və 1.16$-a kimi ucuzlaşa bilər.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 19:00-da FED sədri J.Pavel Konqres qarşısında hesabat xarakterli çıxışını davam etdirəcək. Həmçinin saat 14:00-da Avrozonadan açıqlanacaq ÜDM göstəriciləri və AMB sədri Kristin Laqardın çıxışı investorların diqqət mərkəzində olacaq.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























