“Fitch” zəlzələnin Türkiyədə iri şirkətlərin reytinqinə təsirini açıqlayıb
“Fitch Ratings” Beynəlxalq reytinq şirkəti zəlzələnin Türkiyə şirkətlərinə təsirini açıqlayıb.
“Fitch” zəlzələlər nəticəsində yaranan əməliyyat problemlərinin Türkiyənin reytinqli şirkətlərinin kredit profillərinə təsir göstərməyəcəyini açıqlayıb.
“Fitch” bu qiymətləndirməni şirkətlərin istehsal müəssisələri və əməliyyat aktivlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə dair ilkin rəy əsasında müəyyən edib. Agentlik hesab edir ki, zəlzələnin episentri ətrafında, o cümlədən İsgəndərun limanında logistika və nəqliyyat infrastrukturuna ciddi ziyan dəydiyini nəzərə alaraq, korporativ şirkətlərin əməliyyatlarına tam dolayı təsirini müəyyən etmək hələlik tezdir.
Qeyd edilib ki, təbii fəlakət on minlərlə insanın ölümünə və 1,5 milyondan çox insanın evsiz qalmasına səbəb olub. Dağıdıcı zəlzələlərin tam makroiqtisadi təsiri hələ ölçülməyib. "Fitch" sürətli bərpa səylərinə baxmayaraq, istehlakçı tələbinin və tədarük zəncirlərinin qısa müddətdə təsirlənəcəyini gözləyir.
Bununla belə, "Fitch" zəlzələnin reytinq verdiyi şirkətlər də daxil olmaqla korporativ sektora təsirin məhdud olacağını gözləyir.
"Fitch" bildirib ki, zəlzələ mərkəzinə yaxın ərazidə heç bir istehsal müəssisəsi olmayan emitentlər, o cümlədən ixracatçılar - "Arçelik" və "Şişecam" normal fəaliyyətlərini davam etdirirlər.
Zəlzələlər Enerjisa Enerji elektrik paylama və təchizat şirkətinin fəaliyyət göstərdiyi üç bölgədən birinə təsir edib. Fevral ayının sonuna qədər şirkət zərər çəkmiş Toroslar bölgəsinin əksər əyalətlərində normal iş fəaliyyətini bərpa edib və zərərin fiziki və maliyyə qiymətləndirilməsi üzərində işləyir. Zəlzələlər səbəbindən dövriyyə kapitalına artan təzyiqlər reytinqin aşağı düşmə riskini artıra bilər.
Agentlik qeyd edib ki, "Aydem Yenilenebilir Enerji Anonim Şirketi", "Zorlu Yenilenebilir Enerji Anonim Şirketi" və "ENERGO-PRO" daxil olmaqla reytinqli istehsal şirkətlərinin aktivlərinə təsir göstərməyib.
“Fitch Ratings” reytinqli telekommunikasiya operatorları - "Türk Telekom" və "Turkcell" telekommunikasiya şirkətləri xidmət çatışmazlığı səbəbindən bəzi gəlir itkiləri ilə üzləşəcəklərini açıqlayıb. Bunun kredit göstəricilərinə təsiri isə məhdud olacaq.
"Ülkər", "Coca-Cola İçecek" və "Anadolu Efes" kimi istehlak sektorunda reytinqli şirkətlərin fəaliyyət müəssisələrinə heç bir maddi ziyan dəyməyib.
Bununla belə, "Fitch" təbii fəlakətin sözügedən şirkətlərin 2023-cü ilin 1-ci rübündə gəlir və mənfəətinə müəyyən qədər təzyiqin olacağını istisna etməyib.
© APA
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni "Bankkart Prestij" kredit kartını təqdim edir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 10 d. əvvəl
-
1 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
1 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
-
3 saat əvvəl
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















