Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"AZAL-ın təyyarələrinin orta yaşı 11-dir, bu, təyyarələrin saxlanılması xərclərini çoxaldır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AZAL-ın təyyarələrinin orta yaşı 11-dir, bu, təyyarələrin saxlanılması xərclərini çoxaldır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"AZAL-ın 2030-cu ilə qədər hədəfləri Strateji İnkişaf Planında öz əksini tapıb - burada əsas məsələ köhnə təyyarələrin tədricən istismardan çıxarılması və yeni geniş gövdəli və dar gövdəli hava gəmilərindən ibarət donanmanın formalaşdırılmasıdır ki, bu da öz növbəsində müəyyən xərclərə əhəmiyyətli qənaət etmək imkanı yaradır".

Marja xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib. 

O qeyd edib ki. hazırda AZAL-ın təyyarə parkını müxtəlif növlərdən ibarət 29 hava gəmisi təşkil edir və təyyarələrin orta yaşı 11-dir: "Bu da istər təyyarələrin saxlanılması, istərsə də təyyarələrə xidmət göstərən işçi heyətin hazırlanması baxımından xərclərin çox olmasına gətirib çıxarır. Bu xərclərdən qurtulmaq üçün biz Strateji İnkişaf Planımızda da 2030-cu ilədək parkımızda yalnız 2 növ hava gəmisinin saxlanmasını nəzərdə tuturuq. Parkımız dar gövdəli hava gəmiləri üzrə yalnız “Airbus A320 Neo” sinfi, genişgövdəli hava gəmiləri isə “Boeing 787 Dreamliner” tipli hava gəmilərindən ibarət olacaqdır".

23.02.2023 18:19
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18