Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

AZAL Gəncədən Moskva və Sankt-Peterburqa uçuşlar həyata keçirməyə başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL Gəncədən Moskva və Sankt-Peterburqa uçuşlar həyata keçirməyə başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Hava Yolları” aviaşirkəti Gəncədən Rusiyanın iki şəhərinə - Moskva və Sankt-Peterburqa uçuşlar üçün aviabilet satışına başlayır. 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki. reyslər hər həftə yerinə yetiriləcək.

Reklam_3_11

Aviaşirkətin Bakı – Moskva - Gəncə - Moskva - Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu istiqamətdə həftədə üç dəfə – bazar ertəsi, cümə və şənbə günləri uçacaq.

Martın 19-dan etibarən isə aviaşirkət Bakı - Sankt-Peterburq - Gəncə - Sankt–Peterburq - Bakı istiqamətində həftədə bir dəfə - bazar günləri uçuşlara başlayacaq.

İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə daha bir reys əlavə edilərək, müvafiq olaraq çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək.

Aviaşirkətin rəsmi  saytında uçuş cədvəli haqqında daha ətraflı məlumatla tanış ola, həmçinin reyslərə aviabiletləri əldə edə bilərsiniz. Aviabiletləri AZAL-ın mobil tətbiqi vasitəsilə də əldə etmək mümkündür..

Gəncə- Moskva Gəncə-Sankt-Peterburq bilet AZAL
22.02.2023 15:00
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18