Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Veysəloğlu” nüfuzlu beynəlxalq biznes müsabiqəsini dəstəklədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Veysəloğlu” nüfuzlu beynəlxalq biznes müsabiqəsini dəstəklədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) dünyanın ən nüfuzlu işgüzar mükafatı olan “EY İlin İş Adamı” 2022-2023 proqramını dəstəklədi. Bu, yüksək potensiala malik kiçik və orta sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurları nümayiş etdirməklə başqalarını ilhamlandırmaq məqsədinə xidmət edən unikal bir qlobal proqramdır.

16 fevral tarixində EY Azərbaycan şirkəti “EY İlin İş Adamı” mükafatının qalibini elan etdi. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 13 güclü namizəd arasından seçildi. Beləliklə, bu ilki müsabiqənin qalibi “Simbrella” şirkətin baş direktoru və təsisçisi Seymur Məmmədov oldu.

Müsabiqə çərçivəsində “İnnovasiya” nominasiyasında “Pickvisa” şirkətinin təsisçisi Baba Ağayev, “Sosial təsir” nominasiyasında “CinemaPlus” kinoteatrlar şəbəkəsinin idarə heyətinin sədri Zaur Darabzadə, “Regional inkişaf” nominasiyasında isə “Savalan ASPI Winery”nin rəhbəri Fuad Seyidəliyev təltif olundular. 

Azərbaycanda artıq dördüncü ildir ki, bu tanınmış müsabiqə audit və konsaltinq üzrə beynəlxalq liderlərdən biri olan EY (keçmişdə Ernst & Young) şirkəti tərəfindən keçirilir. Bu il Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Beynəlxalq Bankı (ABB) və bp ilə yanaşı bu proqrama maliyyə dəstəyi göstərdi.

Veysəloğlu Şirkətlər Qrupunun biznes fəlsəfəsi bütün maraqlı tərəflər üçün dəyər yaratmaq və insanların sosial-iqtisadi inkişafına töhfə verməkdir.

VŞQ “EY İlin İş Adamı” müsabiqəsini dəstəkləməklə sahibkarlıq ruhunun cəsarətləndirilməsinə və sahibkarları mükafatlandırmaqla icmaların, ölkələrin və ümumiyyətlə, dünyada insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına fayda verəcəyinə ümid edir.

17.02.2023 16:23
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18