Fitch Ermənistanın reytinq proqnozunu "müsbət"ə yüksəldib
Fitch miqrant faktoruna görə Ermənistanın reytinq proqnozunu müsbətə yüksəldib.Beynəlxalq reytinq agentliyi "Fitch" Ermənistanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini (EDR) “B+” səviyyəsində təsdiqləyib, lakin əsasən Rusiya, Belarus və Ukraynadan gələnlərin (miqrantların) müsbət töhfəsi hesabına proqnozu "sabit"dən "müsbət"ə dəyişib.
Marja xəbər veri ki, bu barədə agentlik məlumat yayıb.
“Rusiya, Ukrayna və Belarusdan əhali axını (hakimiyyət orqanlarına görə, təxminən 65 min nəfər) makroiqtisadi və vergi göstəricilərində yaxşılaşmaya kömək edib", - "Fitch" izah edir.
“Fitch” Ermənistan iqtisadiyyatının ötən il 11,6% artdığını qiymətləndirir ki, bu da son 15 ilin ən yüksək göstəricisi olub və buna böyük miqrant axını şərait yaradıb. Artımın 2023-cü ildə 6,1%-ə, 2024-cü ildə isə 4,7%-ə qədər yavaşlaması gözlənilir.
Bundan əlavə, reytinqi, pul köçürmələrinin 140% artması hesabına ölkəyə daxil olan pul axınının artması da dəstəkləyir.
Agentlik ölkədə inflyasiyanın cari ilin sonunda 6,5%-ə, 2024-cü ildə isə daha da 4,2%-ə qədər azalacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)




