200 meqapiksel kamerası olan smartfonun Azərbaycanda satışına başlanıb - QİYMƏTLƏR
Samsung Galaxy S23 Ultra (SM-S918) 512GB Green200 meqa piksel kamerası ilə indiyə qədər smartfonlarda quraşdırılmış ən yüksək kameraya malik olan Samsung Galaxy S23 Ultra smartfonunun Azərbaycanda satışına başlanılıb.
Marja.az xəbər verir ki, Samsung Galaxy S23 Ultra smartfonunun 256 GB versiyası "Bravo" hipermarketlərində 3200 manata təklif olunur.
Samsung Galaxy S23 Ultra 12/256GB modeli “WorldTelecom” mağazalar şəbəkəsində və "Soliton" mağazalar şəbəkəsində də 3200 manata satılır.
İnstagram səhifələrində isə bu model 2750 və 2799 manat qiymətlər ilə satışa çıxarılıb.
"İrşad" mağazalar şəbəkəsi isə Samsung Galaxy S23 Ultra (Black) smartfonunun 512 GB versiyasını 3260 manata təklif edir. Üstəlik Samsung Galaxy Watch 5 saatı da hədiyyə olunur. Samsung Galaxy S23 Ultra 512 GB məhdud saydadır.
"Baku Electronics" mağazaları Samsung Galaxy S23 Ultra 12GB/512GB Green smartfonunu nağd alışda 3260 manata, "Kontakt" mağazaları isə 3250 manata satır.
Xəbər verdiyimiz kimi, Cənubi Koreyanın Samsung şirkəti 1 fevral 2023-cü il tarixində yeni flaqman smartfonlarını - Galaxy S23, S23 Plus və S23 Ultra smartfonlarını təqdim edib.
Cənubi Koreya istehsalçısının S23 Ultra modeli saatda 5 min milliamper (5000 mAh) batareya tutumuna malikdir, rəqibi iPhone 14 Pro Max isə 4323 mAh-a malikdir.
Yeni Galaxy-lər Qualcomm şirkətinin Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz edilir.
Daha ətraflı: Samsung yeni Galaxy S23 Seriyasını təqdim etdi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)






.jpg)


