Ən yuxarı (mobil)_30

Dünyanın ikinci ən böyük siqaret şirkəti bu il Rusiya və Belarusda biznesini satmaq niyyətindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ikinci ən böyük siqaret şirkəti bu il Rusiya və Belarusda biznesini satmaq niyyətindədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

British American Tobacco (BAT) şirkətlər qrupu bu il Rusiya və Belarusda bizneslərinin satışının başa çatacağını gözləyir.

Marja-nın məlumatına görə, şirkətin maliyyə hesabatlarında bildirilir ki, gəlir proqnozlarına “2023-cü ildə başa çatdırılması gözlənilən Rusiya və Belarus əməliyyatlarının satışı” vaxtı təsir edir.

Mart ayında şirkət Rusiyadakı fəaliyyətini dayandırmaq planını açıqlamışdır. Şirkət qeyd etmişdi ki, proses başa çatdıqdan sonra BAT artıq Rusiya Federasiyasında mövcud olmayacaq. İyul ayında şirkət Rusiyanı tərk etməsilə əlaqədar olaraq 957 milyon funt sterlinq (təxminən 1,2 milyard dollar) itirdiyini bildirmişdi.

Philip Morris International-dan sonra dünyanın ikinci ən böyük tütün şirkəti olan BAT 1902-ci ildə İngiltərədə yaradılıb. Şirkətin brend portfelinə Lucky Strike, Pall Mall, Kent, Dunhill kimi brendlər, eləcə də ayrı-ayrı bazarlara xas olan bir sıra brendlər daxildir.

British American Tobacco Lucky Strike Pall Mall Kent Dunhill
09.02.2023 12:38
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18