"Neftin qiyməti yenidən 100 dolları keçə bilər" - QLOBAL BANK
Qlobal investisiya bankı "Goldman Sachs"ın analitikləri neft hasilatına sərmayə qoyulmaması nəticəsində yaranan təklif boşluğu səbəbindən neftin qiymətinin indiki 80 dollar səviyyəsindən 100 dollar artacağını proqnozlaşdırırlar.Goldman Sachs-a görə, neftin qiyməti bu il yenidən 100 dollardan yuxarı qalxa, ehtiyat istehsal gücü tükəndiyi üçün 2024-cü ildə ciddi tədarük çatışmazlığı baş verə bilər.
Marja.az xəbər verir ki, bu barədə qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti Goldman Sachs-ın analitikləri bildiriblər.
Tətbiq olunan sanksiyaların Rusiyanın neft ixracını azaltma ehtimalını qiymətləndirən Goldman Sachs, sıfır Covid siyasətini dayandıran Çində tələbin bərpası gözləndiyi üçün qiymətlərin hazırkı 80 dollar səviyyəsindən 100 dolları keçəcəyini proqnozlaşdırıb.
Səudiyyə Ərəbistanında keçirilən konfransda çıxış edən Bankın analitiki Jeff Currie sənayenin tələbatını ödəmək üçün lazım olan istehsala sərmayənin olmamasının daha yüksək qiymətlərə səbəb olacağını və bu istehsal çatışmazlığının 2024-cü ilə qədər böyük problemə çevrilə biləcəyini vurğulayıb.
Goldman-ın Əmtəə Araşdırlamaları Departamentinin rəhbəri Currie bəyan edib ki, may ayına qədər neft bazarları tələblə müqayisədə təklif çatışmazlığı ilə üzləşməlidir və bu, qiymətlərə müsbət təsir göstərəcək.
Neft qiymətləri bir neçə il ərzində dəyişkən idi, pandemiya zamanı 20 dollardan aşağı düşdü, daha sonra Rusiyanın Ukraynaya hücumu nəticəsində onsuz da qlobal tələbatdan aşağı olan tədarükün azalmasından sonra bərpa olundu və 130 dollar səviyyəsinə yaxınlaşdı.
"OPEC+ hasilatı artırmağa qərar verərkən ehtiyatlıolacaq"
Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman da şənbə günü Ər-Riyadda keçirilən konfransda açıqlamalar verərək, dünyanın neft emalı zavodlarının gücünə sərmayə qoyuluşunun olmamasına diqqət çəkərək, bunun qeyri-kafi təchizatla nəticələnəcəyini bildirib. Bin Salman OPEC+-ın hasilatı nə vaxt artıracağına qərar verərkən ehtiyatlı olacağını təkrarlayıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Rusiya daxil digər istehsalçılar birləşərək tələb və təklifi tarazlaşdırmaq və qiymətləri sabit saxlamaq üçün qrup (OPEC+) yaradıblar.
“OPEC+ bu ilin sonunda hasilatı artırmağa çalışacaq”
Currie, OPEC+-ın bu ilin sonunda hasilatı artırmağa çalışacağına qeyd edib. Bu ay keçirilən OPEC+ın bazar nəzarəti komitəsi qrupa neft hasilatını sabit saxlamağı tövsiyə edib.
Currie əlavə edib ki, bu il tələb təklifi aşdıqda qiymətlər daha da yüksələcək.
Bakı vaxtı ilə saat 09:30-da Brent nefti 80,07 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
2 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
2 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
3 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
3 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!















.jpg)



