Veysəloğlu Şirkətlər Qrupu ötən il 88 000 ton məhsulu tarladan marketə gətirib
İstehsalçıların vaxt və pul sərf edib Bakıya gəlməsinə ehtiyac qalmayıb, onlar məhsullarını satmaq üçün yaşadıqları ərazidə Şirkətlər Qrupuna təqdim edə biliblər.
(®) Veysəloğlu Şirkətlər Qrupu ötən il ərzində 88,000 tonluq meyvə-tərəvəzin fermerlərdən alışını həyata keçirib. Qrup hazırda 120 fermerin məhsulunu öz mağazalarında müştərilərə təqdim edir. Əməkdaşlıq sayəsində “Araz” və “OBA” mağazalarında müştərilərin ağız dadına uyğun yerli məhsullar mümkün münasib qiymətə təqdim edilir.
Ötən il ərzində 100-dən çox əkin sahəsində isə fermerlərlə əməkdaşlıq imkanları müzakirə edilib. Şirkətlər Qrupu eyni zamanda məhsul əkininin effektiv planlaşdırılması, məhsulların düzgün qablaşdırılması və doğru şəraitdə daşınması ilə bağlı dəstək olub, beləliklə, məhsul israfı minimuma endirilib. Fermerlərlə əməkdaşlığın “qızıl qayda”sı isə məhsullarının satışı müqabilində ödənişlərin vaxtında edilməsidir. Nəticədə yerli fermerlər öz məhsullarını daha geniş satış şəbəkəsinə birbaşa təqdim etmək fürsəti əldə ediblər.
Mingəçevir və Salyanda Veysəloğlu Şirkətlər Qrupuna məxsus yerli saxlama məntəqələri və həmçinin “Şəmkir Aqroparkı”nda xüsusi məhsul qəbulu məntəqəsinin mövcudluğu həmin regiondakı fermerlərin işini asanlaşdırıb. Belə ki, istehsalçıların vaxt və pul sərf edib Bakıya gəlməsinə ehtiyac qalmayıb, onlar məhsullarını satmaq üçün yaşadıqları ərazidə Şirkətlər Qrupuna təqdim edə biliblər.
“Araz” və “OBA” mağazalarında alıcılar xüsusilə alma, armud, limon, pomidor, xiyar, badımcan, kartof, soğan, sarımsaq, kök, kələm, çuğundur növləri üzrə qiymət və yerli dad fərqini rahatlıqla anlaya bilərlər.
Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq etmək istəyən fermerlər +994559002424 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qrupun niyyəti müştəriləri mümkün münasib qiymətə və təbii məhsullarla təmin etmək, həmçinin kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmaqdır. Beləliklə, Qrup həm müştərilər, həm zəhmətkeş fermerlər üçün, ümumilikdə isə ölkə üçün dəyər yaratmağa davam edir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 1 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün sonra
-
2 saat əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 saat əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 saat əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 saat əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
-
2 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
-
2 saat əvvəl
Bu ilin 6 ayında Azərbaycanda 12 mindən çox boşanma halları qeydə alınıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər

Azərbaycada 280 min nəfər işsiz əhali var
Ən çox oxunanlar

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini azaldıb

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!

"Regionlarda baytar və özəl baytarların işlərinə də nəzarət yoxdur"
