Vətəndaşların sığortanı asanlıqla onlayn almaları üçün daha bir addım
Vətəndaşlar İcbari Sığorta Bürosunun (Büro) rəsmi veb səhifəsinə (https://isb.az/) daxil olmaqla, seçdiyi sığorta şirkətinin loqosunun üzərində yerləşdirilmiş “Online al” düyməsinə klik edərək sığorta şəhadətnaməsini ala bilərlər.
İcbari Sığorta Bürosundan Marja-ya daxil olmuş məlumatda bildirilir ki. beləliklə, şirkətlərin rəsmi veb səhfilərində əlaqədar bölmənin axtarılmasına ehtiyac olmadan onlayn rejimdə rahatlıqla sığorta təminatının əldə edilməsi mümkün hala gətirilmişdir.
Bununla yanaşı, vətəndaşların sığorta müqaviləsini əldə etmək üçün sığorta şirkətlərinin bütün filiallarına və vasitəçilərə də müraciət etmək imkanı qalmaqdadır.
Məlumatda xatırladılıb ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin bağlanması ilə bağlı qanunvericiliyə əsasən bu növ üzrə icbari sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyildir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar maliyyə bazarlarına nəzarət funksiyasını həyata keçirən AR Mərkəzi Bankının 966 qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə müraciət etməklə öz şikayətlərini bildirə bilərlər.
Həmçinin, vətəndaşlar şirkətlərin elektron sistemləri ilə əlaqədar yaşadıqları texniki problemləri 7/24 İcbari Sığorta Bürosunun [email protected] email ünvanına müraciət edərək və ya 012 595 -00 -20 nömrəli çağrı mərkəzinə zəng vuraraq bildirə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)




