2022-ci ildə ExxonMobil-dan rekord mənfəət
ABŞ-ın ən böyük enerji şirkətlərindən birir olan ExxonMobil-in mənfəəti enerji qiymətlərinin artmasının təsiri ilə keçən il rekord həddə - 55,7 milyard dollara çatıb.ExxonMobil 2022-ci ilin balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin mənfəəti ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 44% artaraq 12,8 milyard dollar təşkil edib.
2022-ci ildə ExxonMobil-in mənfəəti 2021-ci illə müqayisədə iki dəfə artaraq 55,7 milyard dollar olub. Şirkətin mənfəəti 2021-ci ildə 23 milyard dollar olaraq qeydə alınmışdı.
ABŞ enerji şirkətinin qazancı enerji qiymətlərinin artması səbəbindən ötən il rekord həddə çatıb.
ExxonMobil-in keçən ilki mənfəəti, neftin qiymətinin 150 dollar/barelə yaxınlaşdığı 2008-ci ildə qeydə alınmış illik 45,2 milyard dollarlıq əvvəlki rekordu üstələyib.
Ötən il Rusiyanın Ukraynada başlatdığı müharibə və pandemiyadan sonrakı canlanma ilə əlaqədar qlobal iqtisadiyyatların artan tələbləri nəticəsində dünya üzrə neft və təbii qaz qiymətləri artıb.
ABŞ-da benzinin orta qiyməti keçən il ilk dəfə olaraq neftin qiymətinin artması ilə 5 dollar/qallon səviyyəsinə qalxıb. ABŞ prezidenti Co Bayden neft şirkətlərini Rusiyanın Ukraynadakı müharibəsindən qazanc əldə etməkdə ittiham edib.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
1 d. əvvəl
Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
- 16 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub









.jpg)










