PayPal 2000 işçini ixtisar edəcək
Baş ofisi ABŞ-da yerləşən onlayn ödəniş sistemi PayPal 2000 əməkdaşını ixtisar edəcəyini açıqlayıb.
Marja xəbər verir ki, PayPal-ın Baş direktoru Dan Schulman, mövzu ilə əlaqədar şirkət işçilərinə göndərdiyi bir mesajda, son bir ildə müştərilərin ehtiyaclarını ödəmək üçün sərmayə yatırmağa davam etdiklərini, çətin bir makroiqtisadi mühitdə şirkətin gücləndirilməsi və yenidən formalaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə etdiklərini qeyd edib.
Şirkətin, resursları əsas prioritetlərə yönəltməklə və xərc strukturunu düzgün tənzimləməklə irəliləyiş əldə edildiyini vurğulayan Schulman, bununla belə, hələ görüləcək çox iş olduğunu bildirib.
Schulman qeyd edib ki, çətinliklərin öhdəsindən gəlmək özü ilə bəzi çətin qərarlar da gətirir və şirkət qlobal miqyasda 2000 işçini ixtisar edəcək ki, bu da ümumi işçi qüvvəsinin 7 faizinə bərabərdir.
Dan Schulman, söz mövzusu ixtisarların yaxın həftələrdə baş verəcəyini bildirib.
Texnologiya sənayesində ixtisar dalğası
Artan inflyasiya və mümkün tənəzzül texnologiya sənayesində narahatlıqlara səbəb olub. Bir çox texnologiya şirkəti, xüsusən də ABŞ-da keçən il minlərlə insanı işdən çıxarmaq qərarına gəldi.
Bu şirkətlər arasında Meta və Amazon kimi texnologiya sektorunda aparıcı şirkətlərin olması da diqqət çəkir.
ABŞ-ın texnologiya nəhənglərindən biri Microsoft 10 min işçisini, Google-un ana şirkəti Alphabet isə 12 min işçisini ixtisar edəcəyini açıqlayıb.
Texnologiya sektorunda ixtisarları izləyən Layoffs.fyi-nin məlumatına görə, texnologiya şirkətləri 2022-ci ilin əvvəlindən 237 mindən çox işçini ixtisar edib.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 12 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan neftinin son qiyməti
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz








.jpg)











