SOCAR və Boğaziçi Universiteti müqavilə imzaladı, təlim proqramına start verildi
SOCAR və Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramına start verilib2023-cü il yanvarın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin Boğaziçi Universitetinin birgə təşkil etdiyi “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı çərçivəsində SOCAR-da tədbir keçirilib.
Boğaziçi Universitetinin rektoru professor Mehmet Naci İncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə SOCAR-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olub.
Daha sonra SOCAR-ın və Boğaziçi Universitetinin nümayəndə heyətləri arasında görüş keçirilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf qardaş Türkiyənin qədim tarixə və zəngin təcrübəyə malik Boğaziçi Universiteti ilə birgə “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramının təşkilinin əhəmiyyətindən bəhs edib. SOCAR-ın Korporativ Strategiyasından danışan Rövşən Nəcəf bu xüsusda şirkətin müəssisələrində rəqəmsal və innovativ texnologiyaların tətbiqinin və yüksək ixtisaslı kadr potensialının inkişafının prioritet istiqamətlər kimi götürüldüyünü qeyd edib.
“Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramının önəmini vurğulayan Boğaziçi Universitetinin rektoru Mehmet Naci İnci proqramın liderlik xüsusiyyətlərinin inkişaf etdirilməsi, daha səmərəli idarəçiliyin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Rektor SOCAR-ın uzunmüddətli hədəflərini və insan kapitalının inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib, “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı üzrə birgə əməkdaşlığın yüksək ixtisaslı kadr potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM ilə dünyanın nüfuzlu təhsil ocaqlarından biri olan Boğaziçi Universiteti arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edib. 2021-ci ilin noyabrında tərəflər arasında anlaşma memorandumunun imzalandığını xatırladan rektor ötən müddət ərzində universitetlərarası münasibətin gücləndirilməsi və inkişafı istiqamətində zəruri addımların atıldığını bildirib.
Daha sonra SOCAR ilə Boğaziçi Universiteti arasında “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı üzrə müqavilə, BANM ilə Boğaziçi Universiteti arasında “Birgə proqramların həyata keçirilməsinə dair” Anlaşma Memorandumu imzalanıb.
Görüşdən sonra BANM-də SOCAR-ın rəhbər heyətinin, BANM-in müəllim və tələbə kollektivinin iştirakı ilə “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramının açılış mərasimi keçirilib.
Təlim proqramında Boğaziçi Universitetinin prorektoru Gürkan Kumbaroğlunun “Enerji iqtisadiyyatı” mövzusunda mühazirəsi maraqla qarşılanıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















