“Azərlotereya” ASC ilə UNEC arasında memorandum imzalandı
(®️) Yanvarın 25-də Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
UNEC-də təşkil olunan tədbirdə rektor, professor Ədalət Muradov, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu, universitetin müvafiq struktur rəhbərləri və “Azərlotereya”nın nümayəndələri iştirak ediblər.
UNEC-in rektoru professor Ədalət Muradov qeyri-neft sektoru üzrə ölkə iqtisadiyyatı üçün önəmli yer tutan “Azərlotereya” ilə əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağından, bu əməkdaşlığın ölkəyə, eyni zamanda türk dünyasına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edib. UNEC-in real sektorla əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıran rektor, tələbələrin real iş dünyası ilə daha yaxından tanış olması, karyera imkanlarının artırılması, eləcə də müəllimlərin praktiki bacarıqlarının təkmilləşdirilməsi baxımından əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.
“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışında birgə fəaliyyətin ölkəmizdə biznes mühitinin inkişaf etdirilməsində həlledici rol oynayan ixtisaslı kadrların hazırlanması və uğurlu idarəetmə metodologiyalarının elmi və praktiki əsaslarının araşdırılması üçün əlverişli imkanlar yaratması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Azərlotereya” olaraq korporativ sosial məsuliyyət layihələrimizdə təhsil istiqamətinə xüsusi yer ayırırıq. Bu baxımdan UNEC ilə əməkdaşlığımızın bizim üçün önəmi böyükdür. Biz - “Azərlotereya” olaraq öz “know how” yanaşmamızın və idarəetmə metodologiyamızın elmi-metodiki əsaslarının araşdırılması və “case study”lərin formalaşması üçün bütün qaynaqlarımızı, platformalarımızı İqtisad Universitetinin müəllim və tələbə heyətinə açacağıq. Bu əməkdaşlığın vacib nəticələrindən biri praktiki biznes həlli yollarının elmi yanaşmalarla birləşməsi olacaqdır”.
Z.Reisoğlu “Azərlotereya”nın yüksək ixtisaslı işçi heyəti, eləcə də Avropanın və dünyanın öndə gələn şans oyunları tədarükçüsü olan partnyoru “Scientific Games” şirkətinin ekspertlərinin şans oyunları və rəqəmsal texnologiyalar bazarının qiymətli məlumatları və imkanlarından təcrübə mübadiləsi çərçivəsində UNEC-in müəllim və tələbə heyətinin də yararlana bilcəyini qeyd edib.
Çıxışlardan sonra “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu ilə UNEC-in rektoru professor Ədalət Muradov memorandum sənədini imzalayıblar.
Sənədə əsasən, tərəflər arasında birgə layihələrin reallaşdırılması, tələbələrə təcrübə keçmək imkanının yaradılması, “Azərlotereya”nın əməkdaşları üçün peşə hazırlığı, müəllimlərin praktiki biliklərinin artırılması məqsədilə təlimlərin təşkili və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
2 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
4 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın























.jpg)

