Daha bir bank ötən il yaxşı qazanc götürüb - XALİS MƏNFƏƏTİ 14 DƏFƏ ARTIB

"AccessBank" QSC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "AccessBank" 2022-ci ili 15 milyon 37 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 1 milyon 106 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 13,6 dəfə və ya 13 milyon 931 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ildə "AccessBank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 153 milyon 633 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 37,2% və ya 41 milyon 671 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 111 milyon 962 min manat təşkil etmişdi.
2022-ci ildə "AccessBank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 129 milyon 299 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 16,8% və ya 18 milyon 601 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 110 milyon 698 min manat təşkil etmişdi.
Ötən il "AccessBank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 334 min manat təşkil edib. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 1 milyon 264 min manat təşkil etmişdi. Beləliklə, "AccessBank"ın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 19,2 dəfə artıb.
2021-ci illə müqayisədə 2022-ci ildə"AccessBank"ın faiz gəlirləri 39,1% artaraq 140 milyon 555 min manat, qeyri-faiz gəlirləri isə 19,9% artaraq 13 milyon 78 min manat təşkil edib.
2022-ci ildə"AccessBank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 9 milyon 297 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə təxminən 59 dəfə çoxdur. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara 158 min manat ayırmışdı.
"AccessBank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 25,4% və ya 236 milyon 705 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 1 milyard 168 milyon 855 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 932 milyon 150 min manat cəmi aktivlərə malik idi.
"AccessBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 28,6% və ya 181 milyon 73 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 813 milyon 549 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 632 milyon 476 min manata çatmışdı.
Ötən il "AccessBank"ın istehlak kreditləri portfeli 87 milyon 994 min manat artaraq 174 milyon 215 min manata, biznes kreditləri portfeli 94 milyon 648 min manat artaraq 634 milyon 17 min manata yüksəlib, ipoteka kreditləri portfeli isə 1 milyon 569 min manat azlaraq 5 milyon 317 min manata düşüb.
2022-ci ildə "AccessBank" qiymətli kağızlara investisiyalarını 2,5 dəfə artıraraq 93 milyon 361 min manata çatdırıb.
"AccessBank"ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 24,7% və ya 170 milyon 226 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 860 milyon 54 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 689 milyon 828 min manat cəmi depozitlərə malik idi.
Ötən il "AccessBank"da fiziki şəxslərin depozitləri 161 milyon 40 min manat artaraq 719 milyon 13 min manata, hüquqi şəxslərin depozitləri isə 9 milyon 186 min manat artaraq 141 milyon 41 min manata yüksəlib.
31 dekabr 2022-ci il tarixində "AccessBank" 101 milyon 130 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 79 milyon 666 min manat məcmu kapitala malik idi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
22 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
22 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 22 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
