Azərbaycanda neft hasilatı 5,6 faiz azalıb, qaz hasilatı isə 7,3 faiz artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ildə 86,0 milyard manatlıq və ya 2021-ci illə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,1 faiz artmışdır.
Sənaye məhsulunun 75,4 faizi mədənçıxarma sektorunda, 20,6 faizi emal sektorunda, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 7,3 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,9 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 93,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 68,0 faiz, maşın və avadanlıqların istehsalı 58,8 faiz, geyim istehsalı 46,2 faiz, poliqrafiya məhsullarının istehsalı 42,2 faiz, mebel istehsalı 25,8 faiz, elektrik avadanlıqlarının istehsalı 25,6 faiz, hazır metal məmulatlarının istehsalı 17,7 faiz, kağız və karton istehsalı 16,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 15,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 13,4 faiz, tikinti materiallarının istehsalı 12,6 faiz, qida məhsullarının istehsalı 7,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 7,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 4,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 1,3 faiz artmış, içkilərin istehsalı 4,0 faiz, neft məhsullarının istehsalı 4,2 faiz, əczaçılıq məhsullarının istehsalı 5,2 faiz, tütün məmulatlarının istehsalı 12,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,4 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,4 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























