“Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı xidmətlər göstərilir
“Bakı KOB evi”ndə sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xidmətlər göstərilir.
Sahibkarlar vergi məsələləri ilə bağlı Dövlət Vergi Xidmətinin xidmət mərkəzləri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət edə bilərlər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, “Bakı KOB evi”ndə biznes subyektlərinə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması, kommersiya hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması, fiziki şəxslərin vergi uçotundan çıxarılması, vergi bəyannamələrinin qəbul edilməsi, “ASAN imza”nın verilməsi və vergilərlə bağlı digər xidmətlər göstərilir.
Qeyd edək ki, “Bakı KOB evi” həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir. Burada sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








