Rusiya ilə Çin arasında rekord ticarət dövriyyəsi
2022-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 29,3% artıb2022-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi illik müqayisədə 29,3% artaraq 190,27 milyard dollara çatıb ki, bu da iki ölkə üçün bütün zamanların rekordu olub.
Marja.az xəbər verir ki, bu barədə cümə günü Çin Xalq Respublikasının Baş Gömrük Komitəsi məlumat yayıb.
Son bir ildə Çindən Rusiyaya ixrac 12,8% artaraq 76,12 milyard dollar təşkil edib. Rusiyadan Çinə idxal bu müddət ərzində 43,4% artaraq 114,15 milyard dollara çatıb.
2022-ci ildə Rusiyanın müsbət saldosu 38 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə üç dəfədən çoxdur. Ötən ilin dekabrında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 17,8 milyard dollar təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə təxminən 3% azdır.
Rusiya Çini əsasən enerji resursları ilə təmin edir. Belə ki, Rusiyadan neft, qaz, LNG, kömür və mazut Çinə tədarükün ümumi həcminin 70%-dən çoxunu təşkil edir. Həmçinin Çin Rusiyadan taxta-şalban, kənd təsərrüfatı məhsulları və dəniz məhsulları idxal edir. Çin Rusiyaya elektronika, ekskavatorlar, avtomobillər, mikroprosessorlar, geyim, ayaqqabı və istehlak malları ixrac edir.
2021-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 35,8% artaraq 146,88 milyard dollar təşkil etmişdi.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 14 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan neftinin son qiyməti
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz








.jpg)













