Qlobal bazarlar həlledici məlumatlara fokuslanıb - SAAT 17:30-DA AÇIQLANACAQ
Bloomberg Economics-in məlumatına görə, ABŞ-da inflyasiya məlumatları proqnozlardan aşağı olacaq və FED növbəti iclasında faiz dərəcələrini 25 baza bəndi artıracaq. Qlobal bazarlar bu nikbin gözləntilər ilə artan qiymətlərin şahidi olurlar.Qlobal səhmlər ABŞ-ın inflyasiya məlumatlarından əvvəl yüksəlməkdə davam edir.
Marja xəbər verir ki, investorlar, ABŞ Mərkəzi Bankının (FED) bəzi rəsmilərinin qarışıq bəyanatlarına və qarşıdan gələn balans açıqlanması mövsümündə məyus olmaları ehtimalına məhəl qoymadan, nikbin gözləntilər ilə ABŞ məlumatlarına fokuslanıblar.
Cümə axşamı ABŞ indeksləri günü 1 faizdən çox artıma bağlayıb. S&P 500 1,28 faiz, Nasdaq 100 isə 1,76 faiz yüksəlib.
Bu həftə qlobal bazarların istiqaməti üçün ən kritik (həlledici) məlumatlar olan ABŞ-ın dekabr ayı istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) məlumatları Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır.
Bloomberg sorğusunda iştirak edən iqtisadçıların orta gözləntiləri (proqnoz) istehlak qiymətləri indeksində aylıq 0,1 faiz azalma və illik 6,5 faiz artımdır. Noyabrda ABŞ-da istehlak qiymətləri aylıq 0,1 faiz, illik 7,1 faiz artıb.
Bloomberg Economics-in (BE) ABŞ-ın baş iqtisadçısı Anna Wong dekabr inflyasiya məlumatlarının oktyabr və noyabr aylarında olduğu kimi proqnozlardan aşağı olacağını gözləyir. Wong, "Çindən əmtəə qiymətlərinin düşməsi, tədarüklə bağlı problemlərin azalması və faiz dərəcəsinə həssas sektorlardakı geriləmə inflyasiyanın düşməsinə kömək edir" deyib.
Bloomberg Economics, Fed-in növbəti iki iclasda faizlərini 25 baza bəndi artıraraq 4,75-5 faiz aralığına qaldıracağını və ilin qalan hissəsində onu bu səviyyədə saxlayacağını təxmin edir.
Həmçinin, FED-in Boston şöbəsinin sədri Susan Collins, "New York Times" qəzetinə verdiyi müsahibədə, növbəti Federal Açıq Bazar Komitəsinin iclasında faiz dərəcələrinin 25 baza bəndi artırılmasının tərəfdarı olduğunu deyib.
1,7 trilyon dollarlıq aktivləri idarə edən istiqraz investoru Pacific Investment Management Co. (Pimco), cümə axşamı dərc etdiyi hesabatında, ABŞ-da 2023-cü ildə tənəzzül ehtimalını gördüyünü, istiqrazların səhmlərdən daha cəlbedici bir investisiya olduğunu və ABŞ-ın 10 illik istiqrazlarının gəlirinin 2023-cü ildə 3.25-4.25 faiz aralığında qalacağını gözlədiyini bildirib.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
7 d. əvvəl
Kredit təşkilatına illik 16 faizlə 1 milyon manat borca pul lazımdır - ŞƏRTLƏR
-
14 d. əvvəl
Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
- 28 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan neftinin son qiyməti
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Ən çox oxunanlar
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)










