Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qızılın qiyməti artmaqda davam edir

ABŞ-da inflyasiya ilə bağlı statistik məlumatların açıqlanması ərəfəsində qızılın qiyməti artır. Qitmət bir unsiya üçün 1882 dollara yüksəlib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın qiyməti artmaqda davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çərşənbə səhəri də qızılın qiyməti artır. 

Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 10:11-ə olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın fevral fyuçerslərinin qiyməti 5 dollar və ya 0,31% artaraq 1 troy unsiyası üçün 1882,77 dollar olub. Gümüşün mart fyuçersləri 0,5% artaraq bir unsiya üçün 23,782 dollar təşkil edib.

Reklam_3_11

Cümə axşamı investorlar ABŞ-da dollara və qiymətli metal qiymətlərinə təsir edə biləcək inflyasiya statistikasını gözləyirlər.

Cümə axşamı ABŞ-da dekabr ayında istehlak qiymətlərinin dinamikası ilə bağlı məlumatlar dərc olunacaq. Analitiklər illik inflyasiyanın bir ay öncəki 7,1%-dən 6,5%-ə enəcəyini proqnozlaşdırırlar. Beləliklə, dekabr ayı, ötən ilin iyununda təxminən 9%-ə çatdıqdan sonra inflyasiyanın düşməsinin altıncı ayı ola bilər. Eyni zamanda, inflyasiya 2%-lik hədəfdən xeyli yuxarı olaraq qalır.

İstehlak qiymətləri statistikası ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətinə təsir göstərir. Ötən il ərzində yüksək inflyasiya fonunda tənzimləyici uçot dərəcəsini yeddi dəfə, sonuncu dəfə dekabrda 50 baza bəndi artırıb. CME Group-un məlumatına görə, ekspertlərin 79,7%-i fevralda uçot dərəcəsinin 25 baza bəndi artırılaraq illik 4,5-4,75%-ə çatacağını gözləyirlər.

Qızıl FED-in siqnallarına və ABŞ-dan gələn makro statistikaya həssasdır, çünki metalın qiyməti Dolların qiymətindən də asılıdır. “Şahin” siqnallar ənənəvi olaraq dolların bahalaşmasına kömək edir ki, bu da qızılı digər valyutalarda alış üçün daha az əlçatan edir və tələbi məhdudlaşdırır. Dollar ucuzlaşan zaman isə qızılın digər valyutalarda alışı sərfəli olur. Son günlər dollar digər dünya valyutalarına nisbətən ucuzlaşıb.

11.01.2023 10:24

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18