2022-ci ildə dünyada ərzaq qiymətləri 1 faiz düşüb
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qlobal ərzaq qiymətləri göstəricisi 2022-ci ildə 1 faiz azalıb.Qlobal ərzaq qiymətləri 2022-ci ili 1% geriləmə ilə başa vurub.
Marja xəbər verir ki. dünya ərzaq qiymətləri dekabrda 2021-ci ilin eyni dövrünə nisbətən 1 faiz düşüb. Qiymətlər noyabr ayı ilə müqayisədə isə 1,9 faiz azalıb. Qiymətlərdə ardıcıl doqquzuncu ayda da azalma baş verib.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən dünya ərzaq qiymətləri indeksi dekabrda 135 səviyyəsindən 132,4-ə düşüb.
Noyabr ayı üçün ərzaq qiymətləri indeksi daha əvvəl 135,7 olaraq açıqlanmışdı. İndeks 135 olaraq yenilənib.
Ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra dünya bazarında ərzaq qiymətləri Qara dənizdən daşınmaların dayandırılması ilə bağlı narahatlıqlar səbəbindən artsa da, BMT, Ukrayna, Türkiyə və Rusiya arasında imzalanan taxıl dəhlizi sazişinin dəstəyi ilə düşüb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
























