Özbəkistan “Bakı Limanı”nın imkanlarından birgə istifadə etmək niyyətindədir
Özbəkistanın Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində “Ələt” azad iqtisadi zonasının (AİZ) və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.
Özbəkistan mətbuatının verdiyi məlumata görə, danışıqlar zamanı limanın və AİZ-in resurslarından və imkanlarından birgə istifadəyə əsaslanan investisiya, nəqliyyat və logistika əməkdaşlığının qurulması perspektivləri müzakirə olunub.
O cümlədən, AİZ-in rədbəri Valeh Ələsgərovla Zonanın ərazisində tələbat olan qida, dəri və ayaqqabı, tekstil və digər yüksək əlavə dəyərli məhsulların istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi və Avropa İttifaqı, MDB və digər ölkələrə ixracın təşkil olunması məsələləri danışılıb.
“Bakı Limanı”nın baş direktoru Taleh Ziyadovla nəqliyyat-logistika əlaqələrinin daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib, xüsusilə konteyner daşımalarının həcminin artırılması və “Ro-Ro” tipli yüklərin dəniz limanları vasitəsilə daşınması istiqamətində tədbirlərin görülməsi müzakirə olunub.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bazasında Özbəkistan anbarlarının və konteyner terminallarının açılması perspektivləri və iki ölkənin əraziləri vasitəsilə yüklərin, o cümlədən zəruri malların qarşılıqlı daşınması məsələlərinin müzakirəsi üçün Beynəlxalq Avtomobil Daşımaları üzrə Birgə Komissiyanın iclasının keçirilməsi vurğulanıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























