Alibaba Group Avropadakı əməliyyatlarını Türkiyədən idarə etməyi planlaşdırır
Həmçinin holdinqin prezidenti Maykl Evans şirkətin ölkədəki layihələrə investisiya yatırmaq planlarını açıqlayıb."Alibaba Group Holding"in prezidenti Maykl Evans şirkətin Türkiyədəki layihələrə investisiya yatırmaq və Avropa bazarlarında fəaliyyətini bu ölkədən idarə etmək planlarını açıqlayıb.
Marja xəbər verir ki, bu barədə cümə günü “Dünya” qəzeti məlumat yayıb.
Evans Ankarada Türkiyənin vitse-prezidenti Fuat Oktay tərəfindən qəbul edilib. Görüşdə Türkiyənin ən böyük elektron ticarət platformalarından biri olan Trendyol Qrupunun rəhbəri Çağlayan Çətin də iştirak edib.
Alibaba Qrupunun prezidenti bildirib ki, onun şirkəti Türkiyədə bir neçə böyük investisiya layihəsi planlaşdırır. Xüsusilə, söhbət Ankarada bulud hesablama şirkətlərinə investisiyalardan, həmçinin İstanbulda logistika layihələrinə investisiyalardan gedir.
Evans qeyd edib ki, holdinq Avropadakı əməliyyatlarına nəzarət mərkəzini Türkiyəyə köçürməyi planlaşdırır. Bundan əlavə, istehsal sektoruna, idarəetmə və hesablama texnologiyalarına investisiyalar qoyulacaq.
Oktay öz növbəsində bildirib ki, Türkiyə tərəfi respublikanın qanunlarına uyğun fəaliyyət göstərən, iş yerləri yaradan, ölkə iqtisadiyyatının inkişafına töhfə verən istənilən şirkəti yerli hesab edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
2 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 14 d. əvvəl
- 16 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























