Avropada qazın qiyməti bir gündə 11% düşüb
Londonun ICE birjasının məlumatına görə, çərşənbə günü keçirilən ticarətin nəticələrinə görə Avropada qazın birja qiymətləri təxminən 11% azalıb və bir ildən artıq müddətdə ilk dəfə olaraq min kubmetr üçün 700 dollara yaxınlaşıb.
Marja xəbər verir ki, fevral fyuçersləri hər min kubmetr üçün 765,3 dollar səviyyəsindən ticarətə açılıb və ticarətin sonunda qiymət 702,8 dollar təşkil edib.
Dekabrın 19-da Avropa İttifaqı ölkələri qazın maksimal qiymətini müəyyən etmək barədə razılığa gəliblər. Maksimum qiymət MVt/saat üçün 180 avro təşkil edəcək (indiki məzənnə ilə min kubmetr üçün təxminən 2000 dollar) və fevralın 15-dən qüvvəyə minəcək. Bu tədbir Avropa ev təsərrüfatlarını və biznesləri qazın qiymətinin qalxmasından qorumaq məqsədi daşıyır. Avropada enerjinin yüksək qiymətləri yüksək inflyasiyaya səbəb olub.
Avropada qazın qiyməti 2021-ci ilin yazından artıb. 2022-ci ilin qışında qiymət 2000 dollar həddini keçmiş və yazın əvvəlində Rusiyanın enerji resurslarının idxalına qadağa qoyulması qorxusu səbəbindən min kubmetr üçün 3892 dollar olmaqla rekord həddə çatmışdı.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək


























