Ekspert dolların hələlik 65-70 rubl diapazonunda olacağını proqnozlaşdırır
"Rusiya neftinə tavan qiymətin tətbiqi və büdcə kəsirinin yaranacağı gözləntiləri Dolların 65-70 rubl diapazonuna yüksəlməsinə səbəb olub. Məzənnə hələlik bu diapazonda qalacaq, bəlkə də yuxarı həddi bir qədər keçəcək".
Marja xəbər verir ki, bunu maliyyə analitiki Sergey Drozdov bildirib.
Çərşənbə günü rubl dollar, avro və yuan qarşısında ucuzlaşmaqda davam edib. Dollar 70,68 rubladək qalxıb.
"Dollar/Rubl məzənnəsi bütün yay 58-62 rubl diapazonunda qaldı. Bir müddət əvvəl Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, rublun kəskin zəifləməsi iqtisadiyyata zərərli idi. Lakin o son açıqlamalarında (mətbuat konfransında) neftin qiymətinə tavanın tətbiqinin rubla təzyiq riskləri yaratdığını söylədi. Bundan sonra rubl xarici valyutalara nisbətdə ucuzlaşmağa başladı", Drozdov deyib.
“Yazdan indiyə kimi olan məzənnə idxalçılar üçün "hədiyyə" idi. Lakin neftin qiymətinin yuxarı həddinin tətbiqi, qarşıda büdcə problemlərinin gözlənilməsi rublun məzənnəsini yeni diapazona keçirdi. Məzənnə hələlik 65-70 rubl diapazonunda olacaq, bəlkə də 70 rubl səviyyəsini bir qədər keçəcək”, - Drozdov bildirib
Ekspert əlavə edib ki, bütün sanksiyalar və buna bənzər tədbirlər nəzərə alınsa məzənnə daha yüksək olmalı idi: "Bilmirəm, bir dollar 100 rubla çatacaqmı, heç kimi qorxutmaq istəmirəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 42 d. əvvəl
-
-
58 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)












.jpg)


