Türkiyədə dərman qiymətləri artırıldı
Türkiyədə dərman qiymətləri 36%-dən çox artırılıb. "Rəsmi Qəzet"də dərc olunan qərara görə, insan istifadəsi üçün nəzərdə tutulan dərmanların qiymətində istifadə olunan 1 avronun türk lirəsi ilə dəyəri 36,77% artırılıb.“İnsan istifadəsi üçün dərman vasitələrinin qiymətinə dair qərarda dəyişiklik edilməsi ilə bağlı Prezidentin Qərarı” “Resmi Gazete”nin bugünkü sayında dərc olunub.
Prezidentin qərarına əsasən, insan istifadəsi üçün nəzərdə tutulan dərman vasitələrinin qiymətində istifadə olunan 1 avronun türk lirəsi ilə dəyəri dekabr ayında 36,77 faiz artırılıb.
Bu qərarla, sektorun tədarük, istehsal və planlamasını dəstəkləmək məqsədilə dərman qiymətlərində fevral ayında edilməsi planlaşdırılan tənzimləmə önə çəkilib.
Qərarla bağlı sosial media hesabından açıqlama verən Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, “Dərman tapılmaması probleminin həlli üçün ilk addım Prezidentimizin imzası ilə atıldı. Fevral ayında edilməli olan qiymət yeniləməsi ertələndi. Digər addımlar da yoldadır. Biz bunu həll edəcəyik, ona görə də heç kim narahat olmasın”, - o yazıb.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 22 saat sonra
-
- 12 d. əvvəl
-
28 d. əvvəl
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri azalsa da, 115 milyon manata yaxın olaraq qalıb
Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq






















