Bazarlar FED-in faiz qərarını gözləyir
Bazar ertəsi günortadan sonra dolların qiyməti avro və yen qarşısında müxtəlif istiqamətlərdə dəyişir. Bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) iclasının başa çatmasını gözləyir.
Marja xəbər verir ki, avro/dollar məzənnəsi əvvəlki bağlanışdan 1,053 dollardan 1,0570 dollara yüksəlib (Avro bahalaşıb, yen ucuzlaşıb). Dollar/yen məzənnəsi isə 136,56 yendən 136,75 yenə qalxıb (Dollar bahalaşıb, yen ucuzlaşıb). Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,07% azalaraq 104,73 bənd təşkil edib.
Bazarlar ABŞ Federal Ehtiyat Sisteminin dekabrın 13-14-də keçiriləcək iclasını səbirsizliklə gözləyir. FED faiz qərarını elan edəcək və makroiqtisadi göstəriciləri yeniləyəcək. Mətbuat konfransında Mərkəzi Bankın sədri Cerom Pauel də çıxış edəcək.
CME Group-un məlumatına görə, ekspertlərin 74%-dən çoxu FED-in uçot dərəcəsini 50 baza bəndi artıracağını ehtimal edirlər. İndiyədək FED faizini 75 baza bəndi artırırdı. Beləliklə, FED-in faiz artırmaq tempini yavaşladacağıgözlənilir. Həmçinin çərşənbə günü, dekabrın 14-də Avropa Mərkəzi Bankı (AMB) və İngiltərə Bankının iclasları keçiriləcək. Ekspertlər hesab edirlər ki, hər iki tənzimləyici uçot dərəcəsini 50 baza bəndi artıraraq müvafiq olaraq 3,5% və 2,5%-ə çatdıracaq. Bundan əvvəl onlar dərəcələri 75 baza bəndi qaldırmışdılar.
Associated Press-in sitat gətirdiyi Mizuho Bankın analitikləri hesab edirlər ki, əsas mərkəzi bankların, o cümlədən FED-in iclasları, “xüsusilə də faizlərin artırılmasının səbəb olduğu inflyasiya riskləri və tənəzzül qorxuları arasında qəbul edilən gərginliyi nəzərə alsaq, potensial olaraq bazarlarda böyük volatilliyə səbəb ola bilər".
Bundan əlavə, investorlar ABŞ-da inflyasiya ilə bağlı statistik məlumatları gözləyirlər, onun dərci çərşənbə axşamı günü axşam saatlarında planlaşdırılır. Analitiklər hesab edirlər ki, noyabrda istehlak qiymətlərinin illik artımı oktyabrdakı 7,7%-dən 7,3%-ə enib. Beləliklə, rəqəm FED-in 2% hədəfindən xeyli yuxarı qalır. Eyni zamanda, ölkədə inflyasiya ardıcıl beşinci ayda da aşağı düşə bilər. ABŞ-da inflyasiya 9%-ədək sürətlənmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)








