“Unibank”ın dollar istiqrazlarına xeyli sayda investor sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
23 investor tərəfindən 26 sifariş təqdim edilib. İstiqrazlar tam yerləşdirilib.
30 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank” ASC-nin tədavül müddəti 6 il, nominal dəyəri 1000 ABŞ dolları olan AZ2014002029 dövlət qeydiyyat nömrəli, 12 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjadan Marja-ya daxil olmuş məlumata görə, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 1,000 ABŞ dolları (8.0%) və 1,019 ABŞ dolları (7.6027%) olan 26 sifariş təqdim edilib.
İstiqrazların kəsmə qiyməti 1,000 ABŞ dolları (8%) və orta ölçülmüş qiyməti 1,000.0242 (7.9995%) ABŞ dolları müəyyən edilib. İstiqrazın illik faiz dərəcəsi 8 %, faiz ödəniş dövrü isə hər 90 təqvim günündən bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12 milyon ABŞ dolları, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 12 milyon ABŞ dolları təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 27 d. əvvəl
- 29 d. əvvəl
-
-
35 d. əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
3 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 13 saat əvvəl
-
17 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
19 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
19 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
19 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
