"BP ilə SOCAR arasında həmin layihə üzərində danışıqlar çox uğurla gedir" - İLHAM ƏLİYEV

""BP ilə planlarımıza gəldikdə, əlbəttə ki, biz əməkdaşlığımızı davam etdiririk. BP Azərbaycanda strateji sərmayədardır və bildiyiniz kimi, “Azəri-Çıraq-Günəşli”nin və “Şahdəniz”in əməliyyatçısıdır. Şirkətin öz fəaliyyətini genişləndirmək planları var. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da zəruridir. Bilirəm ki, BP ilə SOCAR arasında həmin layihə üzərində danışıqlar çox uğurla gedir. Əvvəlki dövrlərdə SOCAR-ın rəhbərliyi ilə Azərbaycan hökumətinin rəsmiləri arasında qeyri-münasib ünsiyyət səbəbindən müəyyən yubanmalar olub. Hazırda isə hər şey aydındır. Bazarda qaza ehtiyac var. Nəhəng potensialdan istifadə etmək vaxtı yetişib, çünki “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağında hasil ediləcək qaz ayrıca böyük qaz yatağını nəzərdə tutur. Siz, həmçinin enerji şirkətlərinin “yaşıl enerji”yə keçiddə iştirakı barədə bilirsiniz. BP, həmçinin bu prosesə rəhbərlik edir. Onların azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. Bu, onların nəinki Azərbaycanda bərpaolunan enerji mənbələrinə maraq göstərən aparıcı beynəlxalq şirkətlərin önündə getdiyini göstərir, o cümlədən azad olunan ərazinin seçilməsi bizim üçün xüsusi məna daşıyır. Buna görə biz çox minnətdarıq ki, 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq".
Marja.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
"Bizim Qarabağ və Şərqi Zəngəzurun potensialı ilə bağlı artıq ilkin dəqiq təhlilimiz aparılıb. Beləliklə, günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Yeri gəlmişkən, azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyaları tikilməlidir. Onların 5-i artıq istismara verilib. Bu, həqiqətən böyük potensialdır. Əvvəlcə söylədiyim kimi, biz bərpaolunan enerji mənbələrindən daha çox enerji istehsal etsək, daha çox qazı beynəlxalq bazarlara yönəldə bilərik. Bu halda hər tərəf uduşlu vəziyyətdədir. Əminəm, digər əsas enerji şirkətləri də diqqətini Xəzər dənizinin potensialına yönəldəcək, çünki belə qənaətə gəlmişik ki, Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikincidir. Əlbəttə, enerji şirkətləri BP kimi addım atacaqlar və nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar",- İlham Əliyev əlavə edib.
HƏMÇİNİN OXU: Prezident İlham Əliyevin bu gün ADA Universitetində keçirilmiş konfransdakı çıxışı - TAM MƏTN
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
