Azərbaycan startapı ilk ilində 10 milyon manat dövriyyəyə nail olub
Azərbaycanın "Global Innovations” şirkətinin ödənişlərin 3 dəqiqə ərzində qəbul edilməsini təmin edən "E-point" platforması ilk ilində 10 milyon manat dövriyyəyə nail olub.
Marja xəbər verir ki, bunu "Global Innovations” şirkətinin təsisçisi və icraçı direktoru Zeynal Kərimzadə bildirib.
"E-point" Azərbaycandakı uğurlu startaplardan biridir.
"Bu gün biz bütün komandanın nəticəsini görürük və birlikdə getdiyimiz yola və bu yolda keçdiyimiz maneələrə görə hədsiz sevinirik. Lakin bu uğurun arxasında layihəyə 24/7 dəstək verən hər bir əməkdaşımızın gərgin iş prosesi dayanır",- Zeynal Kərimzadə bildirib.
Şirkətin direktoru qeyd edib ki, 2023-cü ildə ən azı 20 milyon manat dövriyyə hədəflənir:
"Proqnozlarımıza görə, bu rəqəmə (10 milyon manat - red) çatacağımızı dekabrın sonuna gözləsək də, komandamızın məhsuldar əməyi nəticəsində qrafiki qabaqlaya bildik. Bizim üçün bu, əlamətdar hadisədir, lakin biz bununla kifayətlənmirik və gələn ilin sonuna qədər bu rəqəmi ən azı iki dəfə artırmalıyıq. Biz bütün müştərilərimizə etibarlarına və bizneslərini rəqəmsallaşdırmağa kömək etmək imkanına görə minnətdarıq. Mən çox istərdim ki, ölkəmizin rəqəmsal iqtisadiyyatına öz töhfəmizi verək və orta və kiçik biznesə maneəsiz olaraq elektron ticarət dünyasına pəncərə açıb gəlirlərini artırmağa imkan verək".
Epoint - “Global İnnovations” şirkətinin məhsuludur. Epoint - elektron kommersiya xidmətlərinin göstərilməsi üçün yaradılmış platformadır. Platformanın köməyi ilə məhsulları və xidmətləri onlayn qaydada təqdim etmək, ödənişləri onlayn qaydada qəbul etmək mümkündür. Bankdan asılı olmayaraq, istənilən bankın biznes kartını əlavə edib, vəsaitləri qəbul etməyə başlamaq olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)








.jpg)






