Gürcüstan Milli Rəqabət Agentliyi ilə Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Gürcüstanın Tbilisi şəhərində keçirilən “Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi” beynəlxalq konfransında iştirak ediblər.
Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, 20-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli konfrans çərçivəsində təşkil edilən panel müzakirələrdə Xidmət tərəfindən müvafiq sahədə aparılan islahatlar, yeni yanaşmalar, qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə həmçinin, Dövlət Xidməti nümayəndələrinin tənzimlənən bazarlar üzrə rəqabət siyasəti, istehlakçı hüquqlarının müdafiəsinin hüquqi təminatı, icra mexanizmləri və digər mövzularda çıxışları dinlənilib.
Konfrans çərçivəsində Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Gürcüstan Milli Rəqabət Agentliyinin sədri İrakli Lekvinadze ilə görüşüb, əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb.
Sonda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Gürcüstan Milli Rəqabət Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)









